İyun 14, 2024 16:42 Asia/Baku
  • 303 siyasi məhbusdan 216-ı dindarlardan ibarətdir

İyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq(SMAUİ) ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 303 nəfər daxildir. Onlardan 216 nəfəri dindarlardan ibarətdir. 18 mart tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 16 nəfər artıb.

Ötən üç ay ərzində siyahıdan yalnız müxalifətçi siyasətçi və iqtisadçı Qubad İbadoğlu çıxarılıb. Belə ki, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Siyahıda 17 yeni ad var: hüquq müdafiəçisi Anar Məmmədli, meclis.info onlayn platformasının rəhbəri İmran Əliyev, iqtisadçı Fərid Mehralızadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Sahib Məmmədzadə və Mehman Əliyev, ictimai fəallar Elşən Kərimov və Laçın Vəliyev, həmçinin iflic olmuş fəal Famil Xəlilov.

Yeni həbs edilən 17 nəfərdən 9-nu dindarlar təşkil edir.

304 siyasi məhbus 8 qrupa ayrılıb: «dindarlar» – 216 nəfərdən ibarət olaraq siyasi məhbusların 70 faizindən çoxunu təşkil edir. "jurnalistlər və blogerlər" - 20 nəfər; "hüquq müdafiəçiləri" - 3 nəfər; “müxalifət partiyalarının və hərəkatların üzvləri” - 28 nəfər; “Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” - 5 nəfər; "Tərtər işi üzrə mühakimə olunanlar" - 7 nəfər; "Gəncə işi üzrə mühakimə olunanlar” – 13 nəfər; və "ömürlük məhkumlar" - 11 nəfər.

Siyahını keçmiş "vicdan məhbusları" - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

Qeyd olunur ki, 2000-ci illərin əvvəllərindən ilk dəfə olaraq Azərbaycanda siyasi məhbusların sayı 300 nəfəri ötüb.

Teqlər