Azərbaycanın baş naziri İranın birinci vitse-prezidentinə məktub ünvanlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i413189-azərbaycanın_baş_naziri_İranın_birinci_vitse_prezidentinə_məktub_ünvanlayıb
Əsədov: İranla münasibətlərə böyük əhəmiyyət veririk
(last modified 2024-07-29T09:56:40+00:00 )
İyul 29, 2024 13:55 Asia/Baku
  • Azərbaycanın baş naziri İranın birinci vitse-prezidentinə məktub ünvanlayıb

Əsədov: İranla münasibətlərə böyük əhəmiyyət veririk

Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Məhəmmədrza Arifə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Məktubda həmçinin Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.