Avq 28, 2024 15:32 Asia/Baku
  • Putin və Əliyev şəxsi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər

Azərbaycan və RF prezidentləri - İlham Əliyev və Vladimir Putin Rusiya liderinin Bakıya 18-19 avqust tarixlərində baş tutan dövlət səfərinin yekunlarından məmnun olduqlarını bildiriblər.

Kremlin mətbuat xidməti iki dövlət başçısı arasında telefon danışığının yekunlarına dair məlumatında bu barədə bildirib.

"Liderlər Rusiya prezidentinin Azərbaycana bu yaxınlarda baş tutan dövlət səfərinin uğurlu yekunlarından məmnunluqlarını ifadə ediblər", deyə press-relizdə bildirilir.

Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradacaq. Bundan başqa, Putin və Əliyev şəxsi əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.

Sosial şəbəkə istifadəçiləri Putin ilə Əliyev arasındakı şəxsi əlaqələrin ikinci Qarabağ müharibəsinə töhfə verdiyini desələr də eyni zamanda bunun qanuni prossesdən və xalqın gözündən uzaq təhlükəli razılaşmalara da yol aça biləcəyini xatırlayırlar. 

 

Teqlər