Sen 07, 2024 13:48 Asia/Baku

Qələbəsi qalmaqallı olan 2024-cü il növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuş Tənzilə Rüstəmxanlının seçki təşviqatındakı çıxışlarından biri sosial şəbəkələrdə xüsusi diqqət çəkib.

Həmin videoda Tənzilə Rüstəmxanlı neftçalalılar qarşısında etdiyi çıxışında deyir: “Mən Ermənistanda doğulub böyümüşəm mən qarabağlı deyildim qarabağ üçün savaş verəm.

Bəzi sosial şəbəkə istifadəçiləri Tənzilə Rüstəmxanlının bu baxış tərzinin onun tayfa təfəkküründən mənşə aldığını yazırlar. Bildirirlər ki, Təncilə xanımın təfəkkürünə görə işğal olunmuş torpaqların azadlığı uğrunda gedən müharibəyə sadəcə həmin torpaqlarda doğulmuş insanlar cəlb edilməli imiş.

Tənzilə Rüstəmxanlının təşviqat kampaniyasının dövlət tərəfindən təşkil edildiyi iddia edilir. Bəzi müstəqil medialar onun əhali ilə görüşlərinə yerli icra orqanlarının şərait yaratdığı barədə faktlar təqdim ediblər. Həmin faktlara görə əhalinin zorla yaxud şirnikləndirilərək onun təşviqat tədbirlərinə cəlb edilib.

70 saylı Neftçala seçki dairəsindən Tənzilə Rüstəmxanlının rəqibi Vəfa Nağıyeva bu dairədə Tənzilə Rüstəmxanlının xeyirinə ciddi saxtakarlığa yol verildiyini bildirərək etiraz etdiyinə görə bir neçə günlük saxlanılmışdı.

Vəfa Nağıyevanın dediyinə görə dairə rəhbəri seçkilərdən öncə ona bildirib ki, artıq hakimiyyət Tənzilə Rüstəmxanlını deputat təyin edib və seçkilərdən sonra o qalib elan edilməlidir