Sen 18, 2024 12:31 Asia/Baku
  •  Vikipedia Azərbaycana qarşı

Artıq bir neçə gündür, ikinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı məqalələrin Vikipediyadan silinməsi Azərbaycan Respublikasında geniş rezonansa səbəb olub.

Texnobloger Fərid Pərdəşünasın yaydığı məlumata görə, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid haqqında məqalə "Vikipedia"dan silinib. Sosial şəbəkələrdə "Vikipedia"dan şəhidlərlə bağlı məlumatların silinməsinə görə, "Vikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə sərt tənqid olunur.

"Vikipediya milli hisslərlə, patriotizmlə idarə olunmur. Əgər ölkədə bu vəziyyət davam etsə, güman ki, "Vikipedia" fondu bütün inzibatçıları və bürökratları azad edəcək, nəzarəti öz əlinə alacaq. Əgər bu baş verərsə, azərbaycanca "Vikipedia" fondun nəzarətinə keçsə, bundan sonra baş verənlər sadəcə fəlakət olacaq!. Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında üç min şəhidlə bağlı məqalənin "Vikipedia"dan silinməsinə münasibət bildirən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov söyləyib.

O bildirib ki, bu halda azərbaycanlı gənc vikipediyaçıların əziyyəti boşa gedəcək və həssas mövzularla bağlı bir çox məqalələrimiz BMT-nin qaydalarına və ya beynalxalq akademik məqalələrə istinadən redaktə olunacaq:

"Bu zaman nə yüksək vəzifəli rəsmi şəxslərin məqalələrini qoruya, nə də "Qondarma Dağlıq Qarabağ" məqaləsindəki "qondarma" sözünu orada saxlaya biləcəyik. Hətta "Xocalı soyqırımı" ifadəsinin "soyqırım" hissəsini beynalxalq akademik məqalələri əsas gətirərək çıxaracaqlar və "Xocalı faciəsi" edəcəklər”,- Elvin Abbasov söyləyib.

 Ekspert bildirib ki, "Vikipedia" fondun nəzarətinə keçərsə, ermənilərin niyyətləri rahatlıqla həyata keçiriləcək.

 

Teqlər