Sen 24, 2024 16:37 Asia/Baku
  • COP üçüncü ildir ki, repressiv dövlətdə keçirilir

Birləşmiş Millətlər Təşkilatının 29-cu illik iqlim dəyişikliyi konfransında (COP29) iştirak edən hökumətlər insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidirlər. Bu barədə Human Rights Watch təşkilatının məlumatında deyilir.

"Üçüncü ildir ki, ard-arda COP söz və dinc toplaşma azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətdə keçirilir", -  Human Rights Watch-da ətraf mühitin baş mühafizəçisi Mirto Tilianaki deyib.

"Azərbaycanda COP29-da iştirak edən hökumətlər iqlim dəyişikliyilə mübarizə tədbirlərinin müstəqil səslərin mühüm iştirakını tələb etdiyini açıq şəkildə bildirməlidirlər".

Azərbaycanda özgəfikirliliyə dözməyən və son aylarda müstəqil jurnalistləri və vətəndaş fəallarını təqib edən avtoritar hökumət var. Özbaşına saxlanılanlar arasında korrupsiyaya qarşı mübarizədə fəal, Azərbaycanın neft-qaz sektorunu tənqid edən  və COP29-dan əvvəl Azərbaycanda vətəndaş azadlıqları və ekoloji ədalət təşəbbüsünün həmtəsisçisi olan insan hüquqları müdafiəçisi var.

Azərbaycan hökumətinin müstəqil fəallara qarşı düşmənçiliyi vətəndaş cəmiyyəti qruplarının COP29-da və konfransdan sonra iştirakını şübhə altına alır, Human Rights Watch belə hesab edir.

"Hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər", - Tilianaki deyib.

Sentyabrın 23-də "Azərbaycanda siyasi məhbusların azadlığı naminə" İttifaq siyasi məhbusların yeni siyahısını elan edib. Bu siyahıya 319 nəfərin adı daxil edilib. Human Rights Watch dindar məhbuslardan ad çəkməsə də ittifaqın bildirdiyinə görə, siyasi məhbusların böyük əksəriyyətini dindarlar təşkil edir belə ki, məhbuslar arasında "Dindarlar" qrupuna 227 siyasi məhbus daxildir. Qeyri-rəsmi mənbələr dindar məhbusların sayının 1000-dən çox olduğunu bildirirlər.