Okt 22, 2024 17:13 Asia/Baku
  • Bakının gölə çevrilməsi can aldı

Dünən axşam Bakıda yağan yağış nəticəsində Tikintisinə milyonlarla manat vəsait ayirılmış Sabunçu tuneli su altına gedib və bunun nəticəsində bir nəfər boğularaq həyatını itirib. Bu da ciddi qınaqlara səbəb olub.

Sabunçu tunelinin tikintisinə milyonlarla manat pul xərclənib. Tunel 2020-ci ildə tikilib, yağış və qrunt suların kənarlaşdırılması üçün 3 nasos və transformator quraşdırılıb. Ancaq dünənki yaxış nəticəsində bu tünel tamamiylə su altına gedib və bir vətəndaş həlak olub.

Turan xəbər agentliyi yazır:  Belə yarıtmaz bir idarəetmədə hər kəs “Allahın ümidinə” yaşayır. Sabah nəsə baş versə heç kimi xilas edə bilməyəcəklər. Necə ki, etmədilər. İstər Kürün dənizə qarışdığı rayonda, istərsə də yağış sualarının altında qalan vətəndaşın səsini eşidən olmadı. Təbiətin müdaxiləsi olmayan hadisələrdə kobud dillə desək, gopa basmaq olur.

Materyalda sonra belə əlavə olunur: Çıxıb insanlara nələrisə yalanlamaqdan utanmırlar, amma bu hadisəni yalanlaya bilmədikləri üçün, icra başçısı deyir ki, “ola bilər tikinti vaxtı nöqsanlara yol veriblər”.

“Bu səhlənkarlıq deyil, “cənab”başçı. Bu təmir etdiyiniz, tikdiyiniz yerlərə kanalizasiya sistemi qoymamağınızla bağlıdır. Bu korrupsiyanın, yeyintinin nəticəsidir. Yağış sualarını aparmaq üçün infrasturukturun düzgün qurulmamasıdır”,- məlumatda deyilir.

“Velosiped yolları çəkildi. Qəfil Bakı küçələri yaraşıqlı yollarla bəzədildi. Amma, bir gün üstü bəzək içi təzək olan nə varsa, bu günkü kimi başınızda çat verəcək. Kaş ki, vətəndaşın həyatı bahasına olmasa”,- Turan xəbər agentliyinin yazısında bildirilir.