Okt 25, 2024 18:46 Asia/Baku
  • Azərbaycan məhkəməsinə məxsus ittiham metodu

Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Kamal Quliyevin işi üzrə proses başa çatıb. Məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. daha əvvəl "Gəncə işi" üzrə mühakimə olunmuşdu.

Kamal Quliyev, daha əvvəl "Gəncə işi" üzrə mühakimə olunmuşdu. Ona qarşı 8 il 6 ay müddətinə həbs cəzası verilmişdi ancaq maraqlıdır ki, az sonra o əfv edilmişdi və azadlığa buraxıldıqdan sonra yenidən tənqidçilərə qarşı ənənəvi xarakter alan narkotik ittihamı ilə həbs edilmişdi. Onunla yanaşı “Gəncə işi” üzrə təqsirləndirilən digər bir neçə şəxsə qarşı da eyni metod tətbiq edilib.

Kamal Quliyev 10 iyul 2018-ci il tarixində Gəncə İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə saxlanılıb. Nümayiş 3 iyul 2018-ci il tarixində şəhərin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun həbsindən sonra təşkil olunmuşdu.

Etirazçılar Səfərova işgəncə verilməsi haqqında məlumatlara və hakimiyyətin gəncəliləri daim təhqir edən icra başçısına qarşı hərəkətsizliyinə qəzəblənmişdilər.

Etiraz aksiyası iğtişaşlara çevrilib və toqquşma zamanı iki polis zabiti öldürülüb. Nəticədə onlarla dindar saxlanılıb. Onlar zorakılıqda iştirak etdiklərini inkar ediblər, lakin işgəncə altında özlərinin əleyhinə ifadə veriblər.

Kamal Quliyevə qarşı Azərbaycan CM-in 220.1 (kütləvi iğtişaşlar) və 315.2-ci (polisə qarşı zorakılıq) maddələri ilə ittiham irəli sürülüb.

22 fevral 2019-cu il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2019-cu ilin avqustunda Quliyev və bu hadisələrin digər üç iştirakçısı əfv olunub.

2022-ci ildə Quliyev və "Gəncə işi"nin bir sıra digər fiqurantları - Şahin Verdiyev, Alim Yusifov, Araz Həsənov, Mireşqin Seyidov, Yavər İsmayılzadə və Elvin Nəzərov narkotik cinayətlərində ittiham edilərək yenidən həbs ediliblər.

İsmayılzadə və Quliyev 5 il 6 ay, Verdiyev 3 il 6 ay müddətinə həbs edilib. Seyidov, Həsənov və Nəzərovun işi üzrə məhkəmə davam edir.