Bakıda Qəzzəyə dəstək aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i416008-bakıda_qəzzəyə_dəstək_aksiyası_keçirilib
Noyabrın 11-də Bakıda COP29-un keçirildiyi məkanda dünyanın müxtəlif ölkələrindən olan bir qrup könüllü, Qəzzədəki fələstinlilərə dəstək məqsədi ilə aksiya keçirib.
(last modified 2024-11-12T08:53:38+00:00 )
Noy 12, 2024 12:48 Asia/Baku
  • Bakıda Qəzzəyə dəstək aksiyası keçirilib

Noyabrın 11-də Bakıda COP29-un keçirildiyi məkanda dünyanın müxtəlif ölkələrindən olan bir qrup könüllü, Qəzzədəki fələstinlilərə dəstək məqsədi ilə aksiya keçirib.

Aksiya iştirakçıları məqsədlərinin dünyanın diqqətini Qəzzədə mülki vətəndaşların həlak olmasına cəlb etmək olduğunu bildiriblər.

Etirazçılar “Genosidə son!”, “Işğala son!”, “Hüquqlara qayıtmaq!” şüarları qaldırıb.

Akisya insidentsiz keçib, müdaxilə olmayıb.