Noy 13, 2024 15:09 Asia/Baku
  • Eldar Əzizov keyfiyyətsiz tikintiyə etiraf edib

Son yağışlar nəticəsində Bakının gölməçəyə çevrilməsi və iki sakinin tulellərdə boğularaq həyatını itirməsini iqlim dəyişiklikləri ilə əlaqələndirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov artıq keyfiyyətsiz tikintiyə etiraf etməli olub.

Oktyabrın 22-də Bakıda güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması nəticəsində Sabunçu rayonu ərazisində tuneldə iki nəfərin həyatını itirməsi ilə bağlı cinayət işinin açıldığı deyilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə danışarkən keyfiyyətsiz tikinti ilə bağlı istintaqın aparıldığını deyib.

Eldar Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri infrastrukturunun zəif yerləri üzə çıxıb. Onun sözlərinə görə, paytaxtın kanalizasiya, su təchizat sistemi “Azərsu”nun Tunellər isə “Azər-Yol-Tikinti”nin balansındadır.

“Bu onların vəzifələridir. Amma buna baxmayaraq biz özümüzü məsuliyyətdən kənarlaşdırmırıq və bu qurumlarla əməkdaşlıq edirik”,-Eldar Əzizov deyib.

Eldar Əzizov keyfiyyətsiz tikinti işləri ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə suala belə cavab verib:

“Son yağışlar zamanı baş verən hadisələrlə bağlı prokurorluqda cinayət işi açılıb. Hadisə baş verən tunel “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. Təbii ki, indi prokurorluq tərəfindən istintaq aparılır. Yəqin, nəticələri ilə bağlı məlumat verəcəklər”.

Oktyabrın 22-də subasmaya məruz qalmış Sabunçu tunelində iki sürücü, həyatını itirib.

Eldar Əzizov ölənlərə kompensasiyanın kimin tərəfindən ödəniləcəyinə aydınlıq gətirməyib.