Azərbaycan səfiri Fransa XİN-ə çağırıb
Noy 20, 2024 18:43 Asia/Baku
Çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Parisdəki səfirini COP-29 iclasında "ölkə rəsmilərinin Fransa və avropalılara qarşı qəbuledilməz bəyanatları" adlandırdığı səbəbə görə çağırıb.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Azərbaycan Respublikasının düşmənçilik hərəkətləri dayandırılmalıdır. Lakin nazirlik bu açıqlamalarla bağlı ətraflı məlumat verməyib.
Bu aksiya Fransanın İqlim Dəyişiklikləri Naziri Aqnes Pannier-Ronaher Bakıda keçiriləcək COP-29 görüşünə səfərini ləğv edərkən baş verib. Bu qərar İlham Əliyevin Fransanı Karib hövzəsindəki xarici ərazilərində “cinayətlər törətməkdə” ittiham etməsindən sonra verilib.