Sionist rejimin Türkiyəyə müsajı çatdırılıbmı?
İlham Əliyev və Ərdoğan Suriya məsələsini müzakirə ediblər
Azərbaycan Respublikasının prezidentinin köməkçisi Hikmət Hacıyevin işğal olunmuş Fələstin ərazilərinə gözlənilməz səfərinin ardınca İlham Əliyev Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.
Rəsmi açıqlamada deyilir ki, telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd hökumətinin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları həmçinin bu münasibətlə Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Xatırladaq ki, prezidentin köməkçisi Hikmət Hacıyevin bu günlərdə xunta İsrail rejiminin təmsilçiləri ilə görüşündə Türkiyə ilə İsrail arasında vasitəçilik məsələsinin qaldırıldığı güman edilir. Digər tərəfdən Türkiyənin də Suriyadakı kürd yaraqlılarına İsrailin dəstəyi ilə bağlı narahatlığının da sionist rejimin diqqətinə çatdırıldığı və Suriyada Türkiyənin maraqlarının hədəfə alınmaması barədə xahiş irəli sürməsi təxmin edilir.
Təsadüfi deyil ki, İsrail rejimi Suriyada bu günlər yalnız ölkənin milli ordusuna aid mövqeləri bombardman edib və Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının sərbəst hərəkətini təmin edib.
Belliklə də Azrbaycan hakimiyyəti qaniçən rejimin öz fitnələrini davam etdirməsinə göz yumaraq onunla Türkiyə arasında körpü rolunu oynamağı öz üzərinə götürmüşdür.