Dek 18, 2024 16:14 Asia/Baku
  • “Makron hökumətinin Ermənistana verdiyi silahlar Azərbaycan üçün təhlükədir”

Azərbaycan Respublikasının prezidenti bəyan edib ki, Makron hökumətinin Ermənistana verdiyi silahlar Azərbaycan üçün təhlükədir.

İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibədə deyib: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”.

O eyni zamanda Rusiya Federasiyasını Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb: “Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Bununla yanaşı Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, - deyə İ.Əliyev vurğulayıb.

Xatırladaq ki, rəsmi Bakı Qarabağı təhvil almaq əvəzində özünü Rusiyanın orbitinə daxil edib. Türkiyə ilə sıx əlaqələrinə gəlincə, buna Rusiyanın taktiki qərarı əsasında icazə verildiyi mövcud təhlillər arasındadır.