3 qəpiklik metal pul da buraxıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i417045-3_qəpiklik_metal_pul_da_buraxıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsini həyata keçirib.
(last modified 2024-12-23T06:04:49+00:00 )
Dek 23, 2024 10:03 Asia/Baku
  •  3 qəpiklik metal pul da buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsini həyata keçirib.

Məlumata görə, Azərbaycanda istehsal və yenilənmə prosesləri ötən il həyata keçirilmiş 3 qəpiklik pul nişanı mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.

Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.