Dek 28, 2024 13:14 Asia/Baku
  • Rusiya hava-məkanı etibarsız və təhlükəli hesab edilə bilər

"Hazırda "Azərbaycan Hava Yolları"na aid təyyarənin qəzaya uğramasının səbəbləri içərisində daha çox ehtimal edilən səbəb təyyarənin vurulmasıdır". Bunu deputat Hikmət Babaoğlu deyib.

"Bu, bir ehtimaldır, ancaq çox qüvvətli ehtimaldır", -- o əlavə edib.

H.Babaoğlunun sözlərinə görə, spekulyasiya mövzusuna çevrilmədən Rusiya bu məsələyə daha çevik reaksiya verməlidir və məsələ ilə bağlı həqiqətin ortaya çıxmasında daha çox maraqlı olmalıdır. Deputatın fikrincə, əks təqdirdə, Rusiya hava-məkanı etibarsız və təhlükəli hesab edilə bilər:

"Biz başa düşürük ki, hazırda müharibə vəziyyətində olan Rusiya Federasiyası heç də hava məkanının hər hissəsində təhlükəsizliyi təmin edə bilmir. Biz təkcə Şimalı Qafqazda, Dağıstanda yox, hətta Rusiyanın mərkəzi coğrafiyalarında da bəzən bununla bağlı çətinliklərin olduğunu, reyslərin və ya hava nəqliyyatının hərəkətində məhdudiyyətlərin tətbiq olunduğunu görürük. Amma, şübhəsiz ki, belə hallarda önləyici tədbirlər həyata keçirməlidir".

Teqlər