Fev 19, 2025 12:07 Asia/Baku
  • Emin Ağalarov inanclı əhalinin əsəbini tarıma çıkir

Azərbaycan Respublikası prezidentinin keçmiş kürəkəni “SeaBreeze“də keçirilən görüşdə Nardaranda açmaq istədiyi kazinonun layihəsini xarici investorlara təqdim edib.

Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib.

İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Azərbaycanda kazino açılması təklifini keçən ilin oktyabrında dilə gətirib.

Azərbaycanda kazinoların fəaliyyəti 1998-ci ildə, mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində qadağan olunub.

Bu arada Nardarana mənəvi sui-qəsdlə əlaqədar bu qəsəbənin keçmiş sakini Berlində Emin Ağalarova qarşı etiraz aksiyası keçirib. Ələmdar Bünyadov Berlin şəhərindəki Rusiya səfirliyinin qarşısında çadır quraraq bu addımı atıb.

O deyir ki, prezident İlham Əliyevin Rusiya vətəndaşı olan keçmiş kürəkəni Emin Ağalarov ona məxsus 3 hektaradək torpaq sahəsini zəbt edib və öz kurortunun ərazisinə qatıb.

Qeyd edək ki, İlham Əliyevin keçmiş kürəkəni Nardaran ərazisində Xəzərin sahilini qumarxanaya çevirmək və süni adalar yaratmaq ambisiyası ilə qəsəbə əhalisinə meydan oxuyur.

Bundan əvvəl nardaranlılar yəhudi, rus və türk müğənniləri tərəfindən verilən konsertlərin sədalarından şikayətlənmişdilər, lakin onların bu etirazına məhəl qoyan olmamışdır.