Fev 21, 2025 14:15 Asia/Baku
  • Meydan TV-nin əməkdaşı saxlanılıb

Azərbaycan Respublikasında daha bir jurnalistin həbs olunduğu xəbər verilir

Bu məlumata əsasən, fevralın 20-də jurnalist Nurlan Qəhrəmanlı Bakıda saxlanılıb. Yaxınlarının vurğulamasına görə, onun Sumqayıtda yaşadığı evdə axtarış aparılıb.

Jurnalistin “Meydan TV işi” ilə əlaqəli saxlandığı bildirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən apa-ya təsdiqləyiblər.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. “Meydan” TV ilə əməkdaşlıq etdiyi bildirilən 5-dən çox jurnalist isə ötən ilin dekabrında tutulublar. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.