Fev 21, 2025 16:24 Asia/Baku
  • Azərbaycan hökuməti BBC-nin ölkədəki ofisinin bağlanmasına göstəriş verib

Britaniyaya məxsus bu media orqanı bu addımı mətbuat azadlığının məhdudlaşdırılması adlandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə BBC-nin bu ölkədə fəaliyyətinin davam etdirilməsi üçün heç bir hüquqi əsasın olmadığını və bu qərarın qarşılıqlılıq prinsipi əsasında qəbul edildiyini açıqlayıb. O, həmçinin BBC-ni məsələləri “siyasiləşdirməkdə” və ikili standartlara malik olmaqda ittiham edib.BBC bu qərarından təəssüfləndiyini və bu hərəkətin medianın Azərbaycan xəbərlərini işıqlandırmaq imkanlarını məhdudlaşdıracağını açıqlayıb.Bakı həmçinin "digər xarici media" ilə bağlı "oxşar qərarların" verildiyini açıqlayıb, lakin əlavə məlumat verməyib.Azad Reportyorlar Azərbaycanı media azadlığı baxımından ən pis ölkələrdən biri kimi xarakterizə edərək, bu ölkənin demək olar ki, bütün media sektorunun hökumətin nəzarətində olduğunu bildirib.