Bu dəfə dini materiallar yayan media orqanlarının sahibi cəzalandırıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i418722-bu_dəfə_dini_materiallar_yayan_media_orqanlarının_sahibi_cəzalandırıldı
Azərbaycanda dini xüsusiyyətləri ilə tanınan “SalamNews”in və "İnterAz"ın rəhbəri ruhani Hacı Mətləb Bağırov 12 il müddətinə azadlıqdan mərhum edilib.
(last modified 2025-02-25T05:10:54+00:00 )
Fev 25, 2025 09:09 Asia/Baku
  • Bu dəfə dini materiallar yayan media orqanlarının sahibi cəzalandırıldı

Azərbaycanda dini xüsusiyyətləri ilə tanınan “SalamNews”in və "İnterAz"ın rəhbəri ruhani Hacı Mətləb Bağırov 12 il müddətinə azadlıqdan mərhum edilib.

Bu məlumata əsasən, "SalamNews" informasiya agentliyi və "İnterAz"ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Hacı Mətləb Bağırov üç il Jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hüquq müdafiəçiləri deyirlər ki, Hacı Mətləb Bağırov 2023-cü ilin yanvar ayının 30-da saxta ittihamlarla həbs olunub. Bununla belə, jurnalistə Cinayət Məcəlləsinin Dini ekstremist materialları saxlama, Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma və digər maddələrlə ittiham irəli sürülüb.

Müttəhimin vəkili bu ittihamların saxta olduğunu və Mətləb Bağırovun siyasi motivlər əsasında həbs olunduğunu vurğulayıb.