ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb
Bəs neft gəlirlərindən səmərəli istifadə olunurmu?
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək fondun ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə Dövlət Neft Fondunun Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib ki, fond yaradılandan bəri neft və qaz gəlirləri 207 milyard dolları ötüb.Qeyd edək ki, 1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər toplanır və gəlirlər əsasən Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) vasitəsilə idarə olunur. Qanunvericiliyə görə, bu gəlirlər ölkənin iqtisadi inkişafı, infrastruktur layihələr, sosial proqramlar və digər prioritet sahələr üçün istifadə edilməlidir.
Dövlət başçısının bu açıqlamasına rəğmən, bir çox hallarda neft gəlirlərinin səmərəsiz istifadəsi, korrupsiya və şəffaflıq problemləri ilə bağlı müzakirələr mövcuddur. Bildirilir ki, xalqın bu gəlirlərdən daha çox istifadə edə bilməsi üçün daha yaxşı idarəetmə, hesabatlılıq və şəffaflığın təmin edilməsi zəruridir.Araşdırmalar göstərir ki, neft və qaz gəlirləri hesabına maliyyələşən infrastruktur layihələr həddindən artıq baha başa gəlir və bu vəsaitin bir hissəsi korrupsiya yolu ilə yeyilir və ya faydasız layihələr üçün havaya sovrulur.Digər tərəfdən fondun hesabatları şəffaf deyil, bu da gəlirlərin necə xərcləndiyi ilə bağlı suallar yaradır.Ən ciddi iradlardan biri isə Dövlət Neft Fondunun fəaliyyətinə ictimai nəzarətin olmamasıdır.