Siyasi şərhçi Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına inanmır
Rauf Mirqədirov: Sənədin yaxın vaxtda gerçəkləşməsi mümkün deyil
Azərbaycanlı siyasi şərhçi Ermənistanla danışıqlar prosesinin yekunlaşmasını heç də hər şeyin həll olunduğu anlamına gəlmədiyini vurğulayıb.
Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, hətta tərəflər sülh sazişi imzalamaq üçün razılığa gəlsələr belə, bunun yaxın vaxtda gerçəkləşməsi mümkün deyil.
Onun sözlərinə görə, tam tutumlu hər hansı bir sülh sazişi dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasından keçir. Bununla əlaqədar bilmək lazımdır ki, yaxın bir-iki ayda Ermənistan konstitusiyasına dəyişikliklər ediləcəyi ehtimalı sıfıra bərabərdir. Əgər bu sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü mütləq tanımasını əhatə etmirsə, bu, sülh sazişi deyil. Adının nə olmasının əhəmiyyəti yoxdur.
Maraqlıdır ki, bəzi erməni ekspertlər də oxşar fikir irəli sürür, konstitusiya dəyişiklərinin uzun çəkən bir proses olduğunu söyləyirlər.
Digər tərəfdən sülh sazişi imzalanana qədər bölgədə hansısa sabitliyin təmin olunacağını da düşünmək çətindir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Euro-Nyus kanalına verdiyi müsahibədə bu məsələyə diqqət çəkib.
Doğrudur, dünyanın aparıcı dövlətləri və region ölkələri Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin yekunlaşmasını alqışladır, ancaq xırda maneələr aradan qalxmayana qədər növbəti addımın necə atılacağı qaranlıqdır. Xüsusilə də ABŞ-ın müdaxiləsi işləri korlaya bilər. Məsələn ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff-un birdən-birə Bakıda peyda olmasını adi səfər kimi qəbul etmək olmur.
Burada sionist İsrail rejiminin də Cənubi Qafqazla bağlı şeytani siyasətini yaddan çıxarmamalıyıq. Aydındır ki, bölgədə sülhün bərqərarı bu rejim üçün qətiyyən sərf etmir. Çünki davamlı sülh bərqərar olunarsa, sionistlərin silah ixracatı məhdudlaşacaq və onlar Azərbaycana silah tədarükünə bəhanə tapmayacaqlar. Ona görə də Azərbaycanla Ermənistan arasındakı danışıqların sülhlə nəticələnə bilməsi sionist İsraili təlaşa salıb, amerikalı emissarın da Bakıya məhz İsrailin xahişi ilə gəldiyi ehtimal olunur. İsraildə nəşr olunan The Jerusalem Post qəzeti bununla bağlı yazır ki, Vitkoffun Bakıya səfəri İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünməlidir.