MDB ölkələri arasında ən aşağı göstərici bu ölkənin payına düşür
https://azeri.sahartv.ir/news/azərbaycan-i419340-mdb_ölkələri_arasında_ən_aşağı_göstərici_bu_ölkənin_payına_düşür
MDB-yə daxil olan ölkələr arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb
(last modified 2025-03-20T07:41:44+00:00 )
Mart 20, 2025 11:21 Asia/Baku
  • MDB ölkələri arasında ən aşağı göstərici bu ölkənin payına düşür

MDB-yə daxil olan ölkələr arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb

Bu məlumata əsasən, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu ilin yanvar ayında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb.

Maraqlıdır ki, MDB-yə üzv olan digər ölkələrin heç birində ÜDM-nin azalması müşahidə olunmayıb. İqtisadi artıma görə ölkələr bu tərtiblə sıralanmışdır:

Qırğızıstan - 10,6%

Tacikistan - 8,4%

Özbəkistan - 6,5%

Türkmənistan - 6,3%

Ermənistan - 5,9%

Qazaxıstan - 4,8%

Rusiya - 4,1%

Belarus - 3,7%

Moldova - 0,6 %