Mart 27, 2025 12:09 Asia/Baku

Azərbaycanlı politoloq Türkiyə iqtisadiyyatının gələcəyi barədə bədbin proqnoz verib.

Politoloq Xaqani Cəfərli özünün feysbuk hesabında yazıb: "Türkiyə Mərkəzi Bankı lirənin kursunu saxlamaq üçün 19 martda 11.2 milyard dollar, 20 martda 3 milyard dolar, 21 martda 12.4 milyard dollar, 24 martda 1.2 milyard dollar satmaq məcburiyyətində qalıb. Türkiyənin qiymətli kağızları da ucuzlaşmaqda davam edir və 19 martdan öncə illə müqayisədə ən azı 10 faiz dəyər itirib".Politoloq qeyd edib ki, zəngin ölkə hesab olunmayan Türkiyə sürətlə yoxsullaşır. O həmçinin bildirir ki, Türkiyə Cümhuriyyətini məhv edərək Yaxın Şərqdə Türkiyə torpaqlarının da daxil olacağı federativ sünni İslam dövləti qurmağı hədəfləyən radikal “Büyük Doğu Akıncıları Cephesi”nin İstanbulda meydan sulamasına məhz Ərdoğan hakimiyyəti imkan yaratmışdır.Xaqani Cəfərlinin fikrincə, seçkini günah əməl hesab edənlərin televeziya ekranlarından İŞİD təbliğatı aparmasının qarşısı alınmadığı halda, Türkiyənin gəncləri həbsxanalara doldurulur. Bu gedişatın sonu heç yaxşı görünmür.