May 29, 2025 12:09 Asia/Baku
  • Tehranda Azərbaycan Respublikasının milli günü mərasimi keçirilib

Tehranda Azərbaycan Respublikasının müstəqillik günü mərasimi İrandan və səfirlikləri Tehranda yerləşən ölkələrdən olan ölkə və hərbi səviyyəli rəsmilərin iştirakı ilə keçirilib.

Azərbaycan Respublikasının müstəqillik günü mərasimi dünən bu ölkənin Tehrandakı səfirliyi tərəfindən İrandan və səfirlikləri Tehranda yerləşən ölkələrdən olan siyasi və hərbi rəsmilərin iştirakı ilə keçirilib.

Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə mərasimdə ölkəsinin müstəqilliyinin müxtəlif mərhələlərinə nəzər salıb və bildirib ki: 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycanın qələbəsinin digər bir təzahürü idi ki, bu zaman Azərbaycanın İranla sərhədinin 132 kilometrlik hissəsi tamamilə azad edildi.

İlham Əliyevin İran sərhədinə səfəri və Xudafərin körpüsündən baxış keçirməsinə toxunan Azərbaycan səfiri deyib: Prezidentimiz həmin səfərdə İranla Azərbaycan arasındakı körpünü dostluq körpüsü adlandırdı və onu qorumağın böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Azərbaycan Respublikasının İranla əlaqələrə xüsusi önəm verdyini bildirən Əlizadə, söyləyib: Hal-hazırda qarşılıqlı əlaqələr möhkəm dayaqlara söykənib və davam etdirilir. Səfirliyin fəaliyyətinin bərpası və iyirmidən çoxa şamil olan iranlı və azərbaycanlı heyətlərin qarşılıqlı səfərləri, həmçinin birgə hərbi təlimlərin keçirilməsi və geriyə düşmüş məsələlərin həlli, əlaqələrimizin daha artıq möhkəmlənməsinin təzahürüdür.

Əli Əlizadə Pezeşkiyanın Azərbaycana səfərinə də işarə edib: Prezidentlərin səmimi görüşü, qəbul edilən qərarlar, iki prezident tərəfindən birgə bəyanat da daxil olmaqla, mühüm sənədlərin imzalanması əlaqələrimizin daha da genişlənməsində səmərəli olub və iki ölkə arasındakı strateji münasibətlərə bir daha təkid edib.

Azərbaycan səfiri əlavə edib: Ticarət əlaqələrimiz ötən il ilə müqayisədə otuz faiz artıb. Müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əlaqələrimizin inkişafı düzgün istiqamətdə hərəkət edir.

Sonra, mərasimdə iştirak edən İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq danışıb: İki ölkə əlaqələri günü-gündən daha da dərinləşir. İran, Azərbaycan Respublikasının istiqlaliyyət əldə etdiyi gündən bu ölkəni rəsmi şəkildə tanıdı və dərhal Bakıdakı baş konsulluğunu səfirliyə çevirdi.

Cənubi Qafqaz bölgəsinin sabitliyi və təhlükəsizliyinin bölgədənkənar ölkələrdən deyil, məhz bölgədaxili ölkələrin əməkdaşlıqlarından asılı olduğunu bildirən Fərzanə Sadiq əlavə edib: İki ölkə əlaqələri birisi, Şimal-Cənub dəhlizi olan birgə mənfəətə və dinc yanaşı yaşamaya söykənir.Biz energetika kimi strateji sahələrdə də iki və çoxtərəfli əməkdaşlıqlara malikik- deyə, İranın yol və şəhərsalma naziri qeyd edib.

Pezeşkiyanın Bakı səfərinə toxunan iranlı nazir bildirib ki: Bu səfər əməkdaşlıqlar prosesində yeni fəsil açan əlaqələrin dərinləşdirilməsi istiqamətində iki ölkənin əzmkarlığından xəbər verir.

Fərzanə Sadiq qeyd edib ki: Region ölkələri öz regionlarında stabil sülh və təhlükəsizlik yaratmaq üçün yetərincə bacarığa, təcrübəyə və iradəyə malikdirlər.Biz çoxtərəfli regional mexanizmlərin gücləndirilməsini himayə edirik- deyə, İranın yol və şəhərsalma naziri vurğulayıb.