Azərbaycan Pakistandan JF-17 qırıcılarını alacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i420489-azərbaycan_pakistandan_jf_17_qırıcılarını_alacaq
Azərbaycan Respublikası çoxməqsədli JF-17 qırıcılarının alınması üçün mühüm müqavilə bağlamaqla özünün müdafiə strukturunda, xüsusən də Hərbi Hava Qüvvələrində görünməmiş və strateji transformasiya yaratmaq istəyir.
(last modified 2025-06-02T09:18:41+00:00 )
İyun 02, 2025 11:54 Asia/Baku
  • Azərbaycan Pakistandan JF-17 qırıcılarını alacaq

Azərbaycan Respublikası çoxməqsədli JF-17 qırıcılarının alınması üçün mühüm müqavilə bağlamaqla özünün müdafiə strukturunda, xüsusən də Hərbi Hava Qüvvələrində görünməmiş və strateji transformasiya yaratmaq istəyir.

Sadəcə hərbi texnikanın alınmasından ötəsi olan bu sövdələşmə Bakının müdafiə siyasətində paradiqma dəyişikliyini və İslamabadla strateji əlaqələrinin dərinləşməsini göstərir. Bu hərəkətin Cənubi Qafqaz regionunda güc balansı üçün çox böyük nəticələri ola bilər. 

Etibarlı məlumatlara görə, Azərbaycan JF-17 qırıcılarının sayını 16-dan 40-a qədər artırmağı planlaşdırır. Dəyəri təxminən 4,2 milyard dollar olacağı təxmin edilən bu nəhəng müqavilə yekunlaşarsa, Pakistanın müdafiə sənayesinin imkanlarını qlobal səviyyədə nümayiş etdirəcək.