Culani Bakıda İsrail nümayəndələri ilə görüşdə iştirak edib
Sionist rejim mənbələri Suriyanın müvəqqəti başçısı Əhməd Əş-Şərin Azərbaycanda İsrail nümayəndələri ilə ən azı bir görüşdə iştirak etdiyini açıqlayıblar.
Sionist rejimin Suriya ərazisinə gündəlik hücumları davam edərkən və rejimin döyüş təyyarələri dəfələrlə Suriya səmasını pozduğu halda, iki tərəf arasında təmaslar və danışıqlar gündən-günə daha da genişlənir. Bu təmaslar təkcə vasitəçilər vasitəsilə deyil, həm də birbaşa və vasitəsiz həyata keçirilir.
Bir neçə ivrit dilli media bu yaxınlarda Suriya və sionist rejim nümayəndələri arasındakı gizli görüşləri üzə çıxarib.
Sionist rejimin kanal-24 televiziya kanalı Suriyaya hakim olan qrupun rəhbəri Əhməd Əş-Şərin Azərbaycanda sionist rejim nümayəndələri Bakı tərəfi arasında keçirilən ən azı bir görüşdə iştirak etdiyini ifşa edib. Culani dünən Bakıya rəsmi səfərə gəlib. Eyni zamanda sionist rejimin bir nümayəndə heyəti də Azərbaycan Respublikasına yola düşmüşdü.
Bu arada sionist rejimin kanal-14 telekanalı da diplomatik mənbələrə istinadən xəbər verib ki, Əhməd Əş- Şərin Bakıya səfəri zamanı bu şəhərdə İsrail və Suriya rəsmiləri arasında görüş keçirilib.
Bir neçə gün əvvəl bəzi məlumatlı diplomatik mənbələr özünü Suriyanın keçid hökumətinin başçısı adlandıran və Əbu Məhəmməd Əl-Culani kimi tanınan Əhməd Əş-Şərin bu yaxınlarda Əbu-Dabidə İsrail rejiminin daxili təhlükəsizlik üzrə müşaviri Tsahi Haneqbi ilə görüşdüyünü bildirmişdilər.