İyul 19, 2025 11:05 Asia/Baku
  • Bakı dilemma qarşısında

Türkiyə ilə həmrəyliyin elan olunması ilə sionist rejim üçün nökərçiliyin davam etməsi!

Ağ Partiyasının sədri Tural Abbaslı deyib: Əgər İsrailin kənarında qalmağı davam etdirsək, Türkiyəni itirəcəyik.

Müsavat TV-yə müsahibə verən Tural Abbaslı söyləyib: Colani qaz müqaviləsi bağlamaq üçün Bakıya gəlməmişdi. O, İsrailin hərbi nümayəndələrilə danışmaq üçün Bakıya gəldi!

Türkiyə xarici işlər naziri Hakan Fidanın sözlərinə işarə edən Abbaslı, deyib: Suriyada mövcud olan vəziyyətin davam etməsilə, Türkiyə ilə İsrail arasında toqquşma ehtimalı var. Elə olan təqdirdə, biz onlardan hansı birisinin kənarında olmalıyıq?

Müsavat TV-nin aparıcısı vurğulayıb: Azərbaycan Respublikası 2020-ci il müharibəsində hərbi yardım aldığı üçün İsrailə dəstəyi, özünün “sədaqət borcu” hesab edir!!

Müsavat TV aparıcısının bu dəlilini rədd edən Tural Abbaslı deyibdir ki:  Azərbaycan Respublikası İsraildən “Harup” PUA-sının hər birini satın almaq üçün bir milyon dollar ödəyib və bu pilotsuz bir dəfə istifadə üçündür. Lakin Türkiyədən hər bir “Bayraktar” pilotsuzunu 706 milyon dollara satın alıb. Bu pilotsuz hər əməliyyatdan sonra yenidən bomba daşıya bilər.

İlham Əliyevin Colanini terrorçu sionist rejimin Dəməşqə qarşı hücumları ilə nəticələnən sözügedən rejimin nümayəndələrilə müzakirə üçün Bakıya dəvət etməsi fonunda qeyd edək ki, Bakının sionist rejimin əlaltısı kimi oynadığı mənfi rolu, əməldə daha da üzə çıxarıbdır.