İyul 22, 2025 15:38 Asia/Baku
  • Kirill Kabanov: Azərbaycan artıq Rusiyanın etibarlı müttəfiqi deyil

Rusiya Federasiyasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsinin rəhbəri Kirill Kabanov Azərbaycanın Rusiya ilə bağlı siyasətini kəskin tənqid edərək, Bakının nəhayət, Moskvanın etibarlı müttəfiqi statusunu itirdiyini bəyan edib.

Kabanov öz Telegram kanalında xatırladıb ki, Azərbaycan son aylarda bir sıra “düşməncəsinə addımlar” atıb – diplomatik hücumlardan tutmuş Rusiyanın Sputnik agentliyinin Bakıdakı ofisinə hücuma qədər.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin açıq şəkildə anti-Rusiya ritorikası nümayiş etdirdiyi və “Rusiyanın düşmənlərinə” dəstək verdiyini bildirən son ictimai çıxışından sonra vəziyyət yeni həddə çatıb.

“Bu ölkə və onun rəhbərliyi açıq şəkildə düşmənlərimizi dəstəkləyir, anti-Rusiya mövqeyi tutur və ilk növbədə London və Ankaranın nəzarətində olan anti-Rusiya sisteminin bir hissəsi olur”, – deyə Kabanov vurğulayıb.

O, həmçinin Azərbaycanla bütün maliyyə-iqtisadi əlaqələrə dərhal yenidən baxılmasını, Azərbaycanın biznes strukturlarının və diasporlarının Rusiyadakı təsirinin məhdudlaşdırılmasını tələb edib.