İyul 23, 2025 14:57 Asia/Baku
  • Ölkənin xarici və daxili borcu 26 milyard manata yaxınlaşır

2025-ci il iyulun 1-də Azərbaycanın cəmi xarici və daxili borcu 25 milyard 695 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, borcun təqribən 17 milyard 177 milyon manatı daxili, 8 milyard 518.19 milyon manatı isə xarici borcun payına düşür.

Bu məlumata əsasən, 2025-ci ilin sonunda Azərbaycanın dövlət borcunun ümumi məbləğinin 29 milyard manata çatacağı gözlənilir.

Xatırladaq ki, bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, vurğulayırdılar ki, hökumətin qarşısına qoyduğu əsas məqsədlərdən biri dövlət borcunu azaltmaqdır.