Avq 03, 2025 13:35 Asia/Baku

İsrailli keçmiş diplomat və “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri tarixdə Azərbaycan adlı dövlətin olmadığını iddia edib.

Sionist diplomat Yakov Kedmi son illərdə mediada Azərbaycanla bağlı sərt bəyanatları ilə diqqət çəkib. Onun ən son ifadələri isə 2 avqust 2025‑ci il tarixində Alpha News ilə müsahibəsində yer alıb.

Yakov Kedmi deyib: “Azərbaycan heç vaxt tarixdə mövcud olmayıb, o, Sovet İttifaqı tərəfindən yaradılıb.”

Sionist diplomat bu ritorika ilə, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin ideoloji və tarixi zəminini, eləcə də suverenliyini şübhə altına alıb.

O həmçinin Moskva-Bakı münasibətlərində yaranmış gərginliyə görə birbaşa Azərbaycan hakimiyyətini günahkar sayaraq vurğulayıb ki, 2025‑ci ilin əvvəlindən etibarən Azərbaycan prezidenti İlham Əliyevin Rusiyadan uzaqlaşması başlanıb: Moskva üçün əhəmiyyətli tədbirlərə qatılmamaq, anti‑rus şüarlarının intensivləşməsi və nəticədə Rusiyanın Qafqazda rolunun azaldılması istiqamətində soyuq və hesablanmış addımlar bu prosesə daxildir.

Sionist diplomat və sabiq kəşfiyyatçı sonra Azərbaycan hakimiyyətinin yeni xarici siyasətini beləcə xarakterizə edib. Sitat: “Rəsmi Bakı Qərblə daha yaxın strateji əlaqələr qurmağa çalışan avtoritar bir aktora çevrilmək istəyir belirtiləyib”.