İrəvan-Bakı razılaşmasının mətni yayılıb
Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlikləri Vaşinqtonda imzalanmış sülh sazişinin mətnini yayıblar. Bu on yeddi maddəlik sənəd, İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli iclas çərçivəsində yekunlaşdırılıb.
Bu razılaşmaya əsasən, iki ölkə, Azərbaycan və Ermənistan respublikalarının SSRİ dövründəki sərhədlərini rəsmi sərhəd kimi tanıyıb. Onlar vurğulayıblar ki, bir-birilərinə qarşı heç bir ərazi iddiası irəli sürməyəcəklər.
Həmçinin tərəflər üzərlərinə öhdəlik götürüblər ki, bir-birilərinin ərazi bütövlüyü və siyasi suverenliyi əleyhinə istənilən təhdid və ya gücdən istifadədən çəkinib, bir-birilərinin daxili işlərinə qarışmayacaqlar.
Sazişdə qeyd olunur ki, diplomatik əlaqələr, «qəbul edilən sənədlər»in mübadilə edilməsindən sonra bəqərar olunacaq və sərhədin delimitasiyası və demarkasiyası üzrə müzakirələr başlanacaq. İki ölkə habelə müştərək sərhəddə heç bir üçüncü qüvvənin yerləşdirilməməsi barədə razılığa gəlibdir.
Bu sənəd, onun qüvvəyə mindiyi gündən bir ay müddətində, beynəlxalq məhkəmələrdə qarşılıqlı hüquqi iddiaların ləğvi və sazişin icrasına nəzarət üzrə birgə komissiyanın yaradılmasına şamil olur.
Saziş mətni üç dildə- azərbaycan, erməni və ingilis dillərində tənzim edilib və hər hansı şərh uyğunsuzluğu təqdirində, onun ingilis versiyası əsas götürüləcək.