Azərbaycan iki suriyalı təkfirçinin azad edilməsinə çalışır
https://azeri.sahartv.ir/news/azərbaycan-i421787-azərbaycan_iki_suriyalı_təkfirçinin_azad_edilməsinə_çalışır
Rəsmi Bakı İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən tutulduğu bildirilən iki suriyalı təkfirçinin azad edilməsini tələb edib.
(last modified 2025-09-30T07:19:21+00:00 )
Sen 30, 2025 11:17 Asia/Baku
  • Azərbaycan iki suriyalı təkfirçinin azad edilməsinə çalışır

Rəsmi Bakı İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən tutulduğu bildirilən iki suriyalı təkfirçinin azad edilməsini tələb edib.

Bu məlumata əsasən, Muhrab Məhəmməd əl-Şexeri və Yusif Əl-Abid əl-Hacı adlı muzdlu təkfirçilər 2021-ci ildə Ermənistan məhkəməsi tərəfindən müharibə cinayətləri və terrorçuluq ittihamları üzrə ömürlük həbs cəzasına məhkum olunublar.

Bakı Vaşinqtonda aparılan son danışıqlar çərçivəsində bu iki suriyalının Ermənistandan buraxılmasını rəsmi şəkildə istəyib. Mediaya sızan məlumata görə, bu tələb danışıqların məzmununa daxil edilib və bəzi xəbərlərdə Ermənistan tərəfinin bu tələbi yerinə yetirəcəyi iddia olunur.

Tutulan xarici döyüşçülər məsələsi Qarabağ müharibəsi sonrası ən həssas mövzulardan biridir.

İddialara görə, Azərbaycan rəsmiləri iki suriyalının buraxılmasını tələb edib və Ermənistan tərəfi ilə görüşlərdə bu məsələ müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev vaxtilə jurnalistlərə bildirmişdi ki, Azərbaycana qarşı muzdlularla bağlı irəli sürülən ittihamlar əsassızdır, çünki Azərbaycan qanunvericiliyi muzdluların cəlb edilməsini cinayət sayır.