8 avqust razılaşmaları; yoxsa Domokl Qılıncı?
ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər
Donald Tramp Şərm əl-Şeyx konfransında Azərbaycan prezidentinin şəninə xeyli təriflər yağdırsa da, bunların formal xarakter daşıdığı hər kəsə məlum idi. O, lazım gələrsə, Konqresin istəyi ilə Azərbaycana qarşı sanksiya tətbiq edə bilər.
ABŞ-ın Nevada Universitetinin siyasi elmlər professor və Azərbaycana qarşı qanun layihəsinin həmmüəllifi xəbərdarlıq edib ki, əgər Azərbaycan tərəfi 8 avqust razılaşmalarından imtina edərsə və Ermənistanın əleyhinə hərbi əməliyyatlara başlayarsa, ABŞ Bakıya qarşı sanksiyalar tətbiq edəcək.
Professoru Nerses Kopalyan Factor TV ilə söhbətində deyib ki, rəsmi Bakı öhdəliklərini yerinə yetirməsə, ABŞ Konqresində Dözümlülük Aktı adlanan qanun layihəsi işə salınaraq, bu, Əliyev ailəsinə sanksiyalar tətbiq ediləcəkdir. Və Dövlət Departamenti də razıdır.