Azərbaycanda daha bir məmur-oliqarx ifşa olundu
Əli Həsənovun 2 milyard dollarlıq əmlak imperiyası var
Azərbaycan Respublukasında hakimiyyətdaxili hesablaşma çərçivəsində daha bir sabiq məmurun gizli yolla topladığı sərvəti əlindən alına bilər.
Bu məlumata əsasən, Prezident Administrasiyasının sabiq yüksək vəzifəli əməkdaşı, ictimai-siyasi şöbənin keçmiş müdiri və prezidentin sabiq köməkçisi Əli Həsənovun adına və ailə üzvlərinin nəzarətində olan geniş əmlak siyahısı üzə çıxıb.
Bu barədə məlumatı jurnalist Heydər Oğuz yayıb. Onun paylaşdığı siyahı, Həsənovun illərlə dövlət çevrəsində topladığı nəhəng sərvətin miqyasını üzə çıxarır. Məlumata görə, siyahıya daxil olan daşınmaz əmlak, obyekt və şirkətlərin ümumi dəyəri 2 milyard ABŞ dollarından çoxdur.Əli Həsənovun adının çəkildiyi siyahıda paytaxtın müxtəlif ərazilərində inşa edilmiş çoxsaylı yaşayış kompleksləri xüsusi yer alır. Həmçinin müxtəlif obyektlər və kommersiya sahələri, mağazalar və qeyri-yaşayış sahələri, köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu, restoran və əyləncə biznesi və dövlət vəsaiti hesabına tikilib mənimsənilən obyektlər həmin siyahıdadır.Jurnalist iddia edir ki, bəzi tikililər dövlət vəsaiti hesabına inşa olunub, lakin sonradan mənimsənilib.
Əldə olunan məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib, lakin siyahının miqyası Azərbaycan ictimaiyyətində ciddi rezonans doğurub.İddialara görə, Əli Həsənovun ailəsinə və yaxın çevrəsinə məxsus bu əmlak imperiyasının ümumi dəyəri 2 milyard dollardan artıqdır.