ABŞ Azərbaycan torpağının erməni separatçılarına qaytarılmasını tələb edirdi!
https://azeri.sahartv.ir/news/azərbaycan-i422210-abŞ_azərbaycan_torpağının_erməni_separatçılarına_qaytarılmasını_tələb_edirdi!
2016-cı ildə ABŞ hökuməti Azərbaycan Respublikasına aprel döyüşlərində azad etdiyi torpaqları ermənilərə geri qaytarmağa çağırıbmış.
(last modified 2025-11-08T07:47:03+00:00 )
Noy 08, 2025 11:45 Asia/Baku
  • ABŞ Azərbaycan torpağının erməni separatçılarına qaytarılmasını tələb edirdi!

2016-cı ildə ABŞ hökuməti Azərbaycan Respublikasına aprel döyüşlərində azad etdiyi torpaqları ermənilərə geri qaytarmağa çağırıbmış.

Bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, 2016-cı ildə kəndləri azad edəndə bizə qarşı təzyiqlər artdı. Gecə-gündüz zəng edirdilər ki, “götürdüyünüz torpaqları qaytarın”. Deyirdilər “siz döyüşlərə başlaya bilməzsiniz, əgər hansısa torpağı azad etmisinizsə, onu gərək qaytarasınız”.

Elmar Məmmədyarov faş edib ki, o vaxt ən böyük təzyiq amerikalılardan gəlirdi.