Vaşinqtondan Bakıya zərbə
ABŞ Azərbaycan qazının Ukraynaya tədarükünü blokladı
ABŞ Yunanıstan vasitəsilə Azərbaycanın qazının Ukraynaya çatdırılmasını bloklayıb.
Yunanıstanın hökumət hökumət mənbələri bildiriblər ki, buna səbəb ABŞ-ın Ukraynaya yalnız öz maye qazını (LNG) satmaq üçün eksklüziv hüquq tələb etməsi olub.
Keçən bazar günü Afinada Ukraynanın “Naftoqaz” şirkəti ilə yunan Aktor Group və DEPA tərəfindən yaradılmış yeni şirkət arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, yunan tərəfi ABŞ-ın maye qazını 2025-ci ilin dekabrından 2026-cı ilin martınadək Bolqarıstan və Rumıniya marşrutu üzrə keçən “şaquli dəhliz” vasitəsilə Ukraynaya çatdırmalıdır. Bu isə o deməkdir ki, ABŞ bu marşrutla Azərbaycan qazının tədarükünə veto qoyub.
Qeyd olunur ki, Transadriatik boru kəməri (TAP) ilə Yunanıstana daxil olan Azərbaycan qazı ABŞ LNG-sindən daha ucuzdur və ABŞ rəqabətdən narahatdır. Vaşinqton Yunanıstan vasitəsilə Ukraynaya qaz tədarükündə eksklüziv hüquq əldə etməyə çalışır.