Həbsdə olan partiya liderindən xəbər var
Əli Kərimli təkadamlıq kamerada saxlanılır
Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.
Gününsəsi.info xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.
Məlumata əsasən, Əli Kərimli təkadamlıq kameraya salınıb.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub və məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrin həbsini sifarişli və siyasi motivlərə əsaslanan qərar kimi qiymətləndirir.