Azərbaycanda müxalifət lideri cəzalandırılır
AXCP sədri Əli Kərimli həbs olunub
Dek 01, 2025 14:49 Asia/Baku
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
Bu məlumata əsasən, məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Partiya Əli Kərimlinin həbsini sifarişli və siyasi motivlərə əsaslanan qərar kimi qiymətləndirir.