Azərbaycan Rusiyadan intiqam alırmı?
Daily Ekspress: “Yaxın müttəfiq” Ukraynaya qırıcılar satır
Britaniya nəşri bildirir ki, Putinlə münasibətlərini bərpa etmək əvəzinə, Azərbaycan qonşu ölkəni qıcıqlandırmaq üçün əlindən gələni edir.
Daily Ekspress yazır: “Rusiyanın keçmiş yaxın müttəfiqi gizli şəkildə Ukraynaya qırıcı təyyarələr və qaz satır”.
Nəşrin bildirdiyinə görə, son aylarda iki ölkə arasında məsafə artıb. Bakı Cənubi Qafqaza nəzarəti gücləndirməyə və regionda Rusiyanın təsirini azaltmağa çalışır.
Daily Ekspress qeyd edir ki, Bakı ilə Moskva arasında münasibətlər bu il kəskin şəkildə pisləşdi və AZAL təyyarəsinin vurulmasından sonra İlham Əliyev Putinin məsuliyyəti danmasına etiraz edərək Rusiyanı beynəlxalq məhkəməyə verməklə hədələdi. Bu arada oktyabrda Tacikistanda keçirilən görüş gərginliyi azaltmağa yetmədi. Əksinə, görünür ki, Əliyev Putinə qarşı addımlarını daha da sərtləşdirir. Xəbərlərə görə, Bakı Su-22 qırıcılarını gizli logistika zənciri ilə Türkiyə, Sudan və Almaniya üzərindən Ukraynaya göndərir. Təyyarələr “humanitar yardım” adı ilə sənədləşdirilir. Azərbaycan həmçinin Trans-Balkan boru kəməri ilə Ukraynaya qaz göndərir. Həcmlər kiçik olsa da, bu, Kiyevin Rusiya ilə əlaqəni kəsməsindən sonra ilk alternativ qaz mənbəyidir.
Britaniya nəşri sonda vurğulayır ki, kiçik dövlət olaraq Azərbaycan, Rusiya ilə birbaşa gərginlik yaradaraq özünü potensial böhran vəziyyətinə gətirir.