Dek 17, 2025 15:05 Asia/Baku
  • Azərbaycan Respublikası ABŞ-ı geridə qoyur

Bakı rusdilli sionistlərin gözündə hətta Vaşinqtonu da geridə qoyur.

Romada fəaliyyət göstərən Asia News portalı yazır: Keçmiş SSRİ-dən köçmüş immiqrantlar arasında aparılmış rəy sorğusu göstərib ki, Azərbaycan İsrailə ən yaxın ölkə, prezident İlham Əliyev isə dünyada İsrailə ən dost liderlər sırasında Donald Trampdan sonra ikinci yerdə qərarlaşır. 

Asianews qeyd edir ki, rusdilli mühacirlərin 55 faizi Azərbaycanı İsrailə ən yaxın ölkə hesab edir. Bu göstərici ilə Azərbaycan hətta ABŞ-ı (52%) da geridə qoyur. Sonrakı yerlərdə Almaniya, Argentina və Çexiya qərarlaşıb. 

Bu qiymətləndirmə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, hərbi əməkdaşlığı və ölkə daxilində yəhudi icmasına göstərdiyi qayğı ilə bağlıdır.

 

Bu məlumata əsasən, İsrailə ən yaxın dünya liderləri reytinqində də, Donald Trampın (77%) ardından İlham Əliyev (49%) gəlir. 

İtaliyan portalı bildirir ki, müharibə və sanksiyalar fonunda enerji bazarındakı dalğalanmaları nəzərə alsaq, Azərbaycan kimi neft və qaz təchizatçısı İsrail üçün xüsusi əhəmiyyət qazanır.

Bununla yanaşı, Bakının İsrailə hər zaman dəstəkverici münasibət sərgiləməsi də mühüm amildir.