Yan 04, 2026 12:32 Asia/Baku
  • Əhəd Məmmədli: Tramp Latın Amerikasında imperialist siyasət yürüdür

Ağ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli ABŞ-ın Venesuelaya müdaxiləsini sərt tənqid edib. O bildirib ki, ABŞ Latın Amerikasında Rusiyanın postsovet məkanındakı rolunu oynayır.

Əhəd Məmmədlinin sözlərinə görə, “postsovet ölkələri Rusiya qarşısında müstəqil siyasət yürütməyə cəhd edən kimi hərbi təzyiqlərlə üzləşir. Latın Amerikasında isə eyni siyasəti ABŞ tətbiq edir”.

Politoloq Venesuelada baş verənlərin 1989-cu il Panama əməliyyatının təkrarı olduğunu vurğulayıb, bildirib ki, “O zaman da lider ‘diktator’ elan edildi, bu gün isə eyni ritorika Maduroya qarşı istifadə olunur”.

O, bəzi dairələrin ABŞ-ın addımlarını alqışlamasını təhlükəli presedent adlandırıb.

Əhəd Məmmədli bildirib ki, müstəqil dövlətin prezidentinin xarici müdaxilə ilə devrilməsi beynəlxalq hüquqa ziddir. Və bu, ‘güclü haqlıdır’ prinsipinin ifadəsidir.

Politoloqun fikrincə, ABŞ hakimiyyəti xarici siyasətdə klassik imperialist dövlət hesab olunur.