Yan 05, 2026 17:34 Asia/Baku
  • ABŞ “güc qanun yaradır” dövrünü rəsmiləşdirir

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, ABŞ dünyanın super gücü statusunu asanlıqla əldən vermək istəmir.

Partiya sədrinin sözlərinə görə, ABŞ-ın Venesuelaya qarşı son hərbi əməliyyatı beynəlxalq hüquq, regional sabitlik və supergüclər arasında yeni bir rəqabət nöqtəsidir.

Mütəllim Rəhimli qeyd edib ki, bu addım ABŞ-ın öz strateji maraqlarına və Tramp hakimiyyətinin daxili siyasi gündəminə xidmət edir. Belə görünür ki, Birləşmiş Ştatlar dünyanın supergücü statusunu asanlıqla əldən vermək niyyətində deyil.

O əlavə edib ki, beynəlxalq hüququn pozulması “güc qanun yaradır” prinsipinin yenidən legitimləşdirildiyini göstərir. Bu isə Trampın Amerikanın birinciliyi ilə bağlı yeni ambisiyalarının açıq təzahürüdür.