Mirşahin və buqələmun siyasəti - AKTUAL
Dünən qarğışa yox deyən, bu gün hədəf göstərir!
Azərbaycan mediasında bəziləri mövqeyini prinsiplə yox, təqvimlə müəyyən edir. Mirşahin Ağayev də onlardandır: dünən gücə sataşırdısa, bu gün gücün kölgəsində başqasına dərs keçir.
İnsan necə də asanlıqla rəngini dəyişərmiş! 2020-ci ildə “Qarğışa yox” deyən Real Tv-nin rəhbəri, bu gün buqələmun kimi “linçə hə” deyir.
Mirşahin o zaman deyirdi: “Mən Ramiz Mehdiyev və Əli Həsənovu qarğışa tutanlara qoşulmuram”.
Nə gözəl. Humanizm, əxlaq, yüksək ton. Amma problem ondadır ki, bu mövqe ünvana bağlı idi, prinsipə yox. Çünki eyni Mirşahin bu gün rahatlıqla hədəf göstərir, sataşır, damğalayır — sadəcə artıq risk yoxdur.
Buqələmun jurnalistikası belə olur: fon dəyişir, rəng dəyişir. Lazım gələndə susmaq, lazım gələndə hücum etmək və lazım gələndə “etikadan danışmaq”.
Ona görə də cəmiyyət Mirşahini jurnalist kimi yox, hakimiyyətin səsi kimi tanıyır.
Mirşahinin etik həddi aşması bir vaxtlar elə səviyyəyə çatdı ki, hətta ölkə başçısının əmisi, çox dəyərli akademik mərhum Cəlal Əliyev Milli Məclisdəki çıxışında onun payını verməyə məcbur oldu.
Bəlkə də bu hadisədən sonra Mirşahin Ağayev Ramiz Mehdiyevin qılığına girib Rauf Arifoğlu kimi rəngini dəyişmək qərarına gəldi. Nəticədə “vətənə xidmətə görə”, yubiley medalları və dövlət təltifləri onun başına yağdırıldı. Bu səbəbdən də Mirşahin hazırda orden-medal kolleksiyası ilə medianın “təltif olunmuş mövqeyini” təmsil edir:
İndi bu fonda müstəqil mediaya dərs keçmək onun üçün daha rahatdır. Çünki arxada mükafat verən var.
Bəs Səhər Azəri niyə hədəfdir?
Çünki Səhər Azəri asılı deyil, tapşırıqla danışmır, icazə alıb tənqid etmir.
Bu tip media Mirşahin modelinə əlbəttə ki, təhlükəlidir. Ona görə də təhlillərinə cavab arqumentlə yox, sataşma ilə verilir.
Məsələ odur ki, Azərbaycan mediasında hələ də bu sual cavabsızdır: Media gücə xidmət etməlidir, yoxsa cəmiyyətə? Mirşahin çoxdan seçimini edib. Çünki buqələmun jurnalistikasında hakimiyyətə yaxın media tez güclənir, amma cəmiyyətin etimadını nadir hallarda qazanır.