Əliyev:
Azərbaycan Respublikası Qəzzəyə heç bir qüvvə göndərməyəcək
Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib ki, Bakı öz qüvvələrini Qəzzə də daxil olmaqla heç bir xarici sülhməramlı missiyaya göndərmək niyyətində deyil.
Əliyev dünən gecə Azərbaycan Respublikası telekanalları ilə müsahibədə bildirib ki, Bakı ABŞ prezidenti Donald Trampla əlaqə saxlayıb və Qəzzədə sülhməramlı qüvvələr barədə suallardan ibarət bir siyahı irəli sürüb.
Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq; hər hansı missiyada heç bir iştirak nəzərdə tutulmur- deyə, Əliyev bildirib.
Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur- Əliyev vurğulayıb.
ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən «Qəzzədə atəşkəs planı»na əsasən, birinci mərhələdə, atəşkəs bərqərar edildi. Həmas sionist əsirləri azad etdi. İsrail də həbsdə olan bir qrup fələstinlini sərbəst buraxdı.
İkinci mərhələyə əsasən, Qəzzə zolağında beynəlxalq qüvvələr yerləşdirilməlidir. Trampın planına əsasən, beynəlxalq sabitlik qüvvələri Qəzzədə sabitliyin yaradılması məsuliyyəti və nəzarətini üzərlərinə götürəcəklər. İsrail rejiminin qüvvələri də tədricən və Qəzzənin «mülkiləşdirilməsinə aid çərçivələr və standartlar» adlandırılan məsələlər əsasında bu zolaqdan geri çəkiləcəklər.
BMT-nin Təhülkəsizlik Şurası qətnamə qəbul etməklə, beynəlxalq sabitlik qüvvələrinin yaradılması və Qəzzəyə nəzarət üçün «sülh heyəti»nin təşkilinə icazə verdi.