Əliyev hökuməti ictimai naraziliqla üz-üzə
https://azeri.sahartv.ir/news/azərbaycan-i423544-Əliyev_hökuməti_ictimai_naraziliqla_üz_üzə
Sionist rejimin prezidenti İshaq Hersoq, Azərbaycanda hicab məhdudiyyətləri ilə bağlı etirazların genişləndiyi bir vaxtda bu ölkəyə səfər edib; Bu səfərin narazılıqların artdığı dövrə təsadüf etməsi, İlham Əliyev hökumətinin dini azadlıqlara münasibəti və Təl-Əvivlə olan yaxın əlaqələri barədə müzakirələri daha da gücləndirib.
(last modified 2026-10-15T11:54:36+00:00 )
Okt 15, 2026 15:52 Asia/Baku
  •  Əliyev hökuməti ictimai naraziliqla üz-üzə

Sionist rejimin prezidenti İshaq Hersoq, Azərbaycanda hicab məhdudiyyətləri ilə bağlı etirazların genişləndiyi bir vaxtda bu ölkəyə səfər edib; Bu səfərin narazılıqların artdığı dövrə təsadüf etməsi, İlham Əliyev hökumətinin dini azadlıqlara münasibəti və Təl-Əvivlə olan yaxın əlaqələri barədə müzakirələri daha da gücləndirib.

Azərbaycan Respublikasında məktəblərdə tətbiq olunan yeni geyim qaydaları bəzi hicablı şagird və müəllimlərin təhsil müəssisələrinə buraxılmamasına səbəb olub. Bu məhdudiyyətlər ailələrin və şagirdlərin etirazları ilə qarşılanıb və yayılan məlumatlara görə, etirazlarla bağlı yüzlərlə şəxs saxlanılıb. Bundan əvvəl analitiklər və ekspertlər hicab məhdudiyyətlərinin sərtləşdirilməsi ilə sionist rejimin gizli müdaxilələri arasında birbaşa əlaqə barədə xəbərdarlıq etmişdilər.