Qərb yüklərin Qarabağa Rusiyanın nəzarətindən kənar daşınması ideyasını bəyənib
Avropa rəsmisi yüklərin Ağdamdan daşınmasını dəstəklədi
Avropa İttifaqı humanitar yüklərin Xankəndiyə Ağdamdan keçərək gətirilməsi təklifini dəstəkləyir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bu haqda deyib ki, buna baxmayaraq Brüssel Laçın dəhlizinin açılmasını tələb etməkdə davam edəcəkdir.
Diplomatın sözlərinə görə, Laçın dəhlizi açılmalıdır. Eyni zamanda Ağdam marşrutundan Laçına alternativ kimi yox, əlavə kimi istifadə olunmalıdır.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan arasında görüşdən sonra bu məsələnin müzakirə olunduğunu bildirmişdi.
Qarabağ separatçıları təklifdən xəbərdar olduqlarını deyiblər.
Ermənistan mediasının yazdığına görə Qarabağ erməniləri kəskin ərzaq çatışmazlığı şəraitində yaşasalar da, Azərbaycanın Ağdamdan keçərək humanitar yardım göstərilməsinə dair təklifinə qarşı çıxmışlar.
Separatçıların təmsilçisi Artak Beqləriyan bu haqda deyib: “Bu təklif bizim üçün ən böyük təhlükədir. Azərbaycanın Laçın dəhlizini bağlamaqla bizdən güzəştlər tələb etməsi, o cümlədən Azərbaycan ərazisindən Artsaxa humanitar yüklərin daşınması fikri qəbuledilməzdir və bu təzyiq formasının özü beynəlxalq cinayətdir”.
A.Beqləryan qeyd edib ki, Laçın dəhlizi Dağlıq Qarabağı Ermənistan və bütün dünya ilə birləşdirən yeganə beynəlxalq səviyyədə təsdiqlənmiş yoldur və onu heç bir başqa yol o dəhliz əvəz edə bilməz.