May 30, 2015 19:56 Asia/Baku
  • Yaponiyada 8,5 bal gücündə zəlzələ olub
    Yaponiyada 8,5 bal gücündə zəlzələ olub

Yaponiyada güclü zəlzələ baş verib.

Səhər beynəlxalq telekanalı Trend-ə istinadən xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, bu gün Sakit okeanda, paytaxt Tokiodan cənubda yerləşən Oqasavara adasının yaxınlığında 8,5 bal gücündə zəlzələ olub.
Bundan əvvəl elan olunmuş Sunami təhlükəsi ləğv edilib.
Yeraltı təkanlar Yaponiyanın bütün ərazisində hiss olunub.
“Japan Railway” şirkətinin məlumatına əsasən, güclü zəlzələ Tokio və Osaqo arasında sürət qatarlarının hərəkətinin qismən dayanmalarına səbəb olub.

Teqlər