Almaniya xarici işlər naziri Qəzzə zolağının mühasirəsinə son qoyulmasını vurğuladı
https://azeri.sahartv.ir/news/dünya-i194444-almaniya_xarici_işlər_naziri_qəzzə_zolağının_mühasirəsinə_son_qoyulmasını_vurğuladı
Almaniya xarici işlər naziri sionist rejim tərəfindən Qəzzə zolağının 8 illik mühasirəsinə son qoyulmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2015 04:30 Asia/Baku
  • Ştaynmayer Qəzzə zolağının mühasirəsinə son qoyulmasını istədi
    Ştaynmayer Qəzzə zolağının mühasirəsinə son qoyulmasını istədi

Almaniya xarici işlər naziri sionist rejim tərəfindən Qəzzə zolağının 8 illik mühasirəsinə son qoyulmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer bazar ertəsi günü Qəzzə zolağında olarkən bildirib: Qəzzənin mühasirəsinin ləğv olunması bölgədə gərginliklərin azalmasına səbəb olacaq.
Ştaynmayer Qəzzə zolağının sərhədlərinin yenidən açılmasını məntəqənin iqtisadi problemlərinin həllində təsirli amillərdən biri adlandırıb.
Almaniya xarici işlər naziri deyib: Qəzzə zolağında insanların həyat səviyyəsinin yüksəldilməsi çərçivəsində ciddi addımları atmaqla bu bölgədə şəraitin acınacaqlı olmasının qarşısı alınmalıdır.
Sionist rejim 2007-ci ildən Qəzzə zolağının mühasirəsini gücləndirib.
BMT-nin Fələstinli Qaçqınların Əmək və Yardım Agentliyi bildirib ki, İsrailin 2014-cü il hücumlarında 9 min ev tamamilə dağıdılıb, 120 min mənzil də müəyyən hissədə dağılıb. Tamamilə dağılan 9 min binadan indiyə qədər hətta bir ev belə, təmir olunmayıb.