Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin Avropa Parlamentinə girişi məhdudlaşdırılıb
İyun 03, 2015 08:41 Asia/Baku
Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şultsun mətbuat xidməti məlumat yayıb.“Avropa Parlamenti səfirin və digər konkret diplomatın assambleyaya azad girişini məhdudlaşdırır”, deyə məlumatda bildirilir.
Xatırladaq ki, Almaniya hökuməti bundan əvvəl 8 vətəndaşının Moskvanın “qara siyahısı”na daxil edilməsi ilə bağlı Rusiyadan izahat tələb edib.