İrana qarşı sanksiyalar müddətinin uzadılması iranlıların kəskin etirazı ilə üzləşdi
İyun 06, 2015 11:20 Asia/Baku
-
İrana qarşı sanksiyalar müddətinin uzadılması iranlıların kəskin etirazı ilə üzləşdi
Amerika İranlılar Milli Şurası ABŞ Senatının İran əleyhinə sanksiyaların müddətinin 10 illiyə uzadılması ilə əlaqədar layihəsinə kəskin etirazını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Amerika İranlılar Milli Şurasının internet portalı bildirib: Bu şura 2016-cı ildən 2026-cı ilə qədər İrana qarşı sanksiyaların müddətinin uzadılması ilə nəticələnə biləcək senatorlar Mark Kirk və Robert Menendezin qalmaqallı layihəsinə öz kəskin etirazını bildirir.Bu layihə sanksiyaların ləğv edilməsi və nüvə anlaşmasının əldə olunması məsələsini mürəkkəbləşdirə və İranla müzakirələri öz istiqamətindən çıxara bilər.
Bu şura əlavə edib: Tarixi anlaşmaya bir neçə həftənin qaldığı bir vaxtda sanksiyaların 10 illik müddətə uzadılması ilə bu məsələ həllolunmaz məsələlərdən birinin təhlükəli mesajını verə bilər. Hələlik nüvə anlaşmasını nəzərə alaraq, Amerikanın sanksiyaları ləğv edə biləcəyi barədə çoxlu suallar vardır və bu layihə nigaranlıqların artmasına səbəb olacaq. Digər tərəfdən, sanksiyaların müddətinin uzadılması anlaşmanın çətinləşməsinə səbəb ola bilər.